Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

22 Noyabr 09:34
164
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə Oxuməni.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.