Ankarada Türkiyə və Rusiya heyətləri arasında Qarabağda atəşkəsə nəzarətə dair danışıqlar başa çatıb

Ankarada Türkiyə və Rusiya heyətləri arasında Qarabağda atəşkəsə nəzarətə dair danışıqlar başa çatıb

14 Noyabr 2020 16:27
Bəyəndim (0) Bəyənmədim (0)
Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb. Oxuməni.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb və Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb. Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib Oxuməni.az