Parlamentdə Polad Bülbüloğlu sərt şəkildə tənqid edilib: İstefaya getməlidir

Parlamentdə Polad Bülbüloğlu sərt şəkildə tənqid edilib: İstefaya getməlidir

13 Noyabr 2020 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan 44 gün Vətən müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünya Azərbaycan Ordusu barədə yüksək fikirlər söyləyir.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

V.Əhmədov böyük qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, Milli Məclis üzlərini, Azərbaycan xalqını təbrik edib:

“İmzalanan Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyət, status məsələsinin olmaması qeyd edilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlar yenə də muxtariyyət məsələsini gündəmə gətirirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu elə bil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər! Onlar özləri istefa verib getməlidirlər! Cənab Prezident bu haqda qəti sözünü deyib ki, “Nə qədər mən prezidentdəm, heç bir statusdan söhbət gedə bilməz!”

V.Əhmədov 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövlətinə və xalqına, Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasına, həmçinin Pakistan dövlətinə, baş nazirinə, xaqlına təşəkkür edib.

Oxuməni.az