Fransalı senatorlar Gəncədə səfərdədir

Fransalı senatorlar Gəncədə səfərdədir

13 Noyabr 2020 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, fransalı senatorlar Gəncədə ermənilər tərəfindən atılan raketlər nəticəsində dağılmış ərazilərə baş çəkib, faciənin fəsadları ilə yerindəcə tanış olublar.

Onlar hadisə zamanı həlak olan şəxslərin xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.