Milli Məclis Ali Baş Komandana və Azərbaycan Xalqına müraciət qəbul etdi

Milli Məclis Ali Baş Komandana və Azərbaycan Xalqına müraciət qəbul etdi

13 Noyabr 2020 13:56
Bəyəndim (2) Bəyənmədim (0)

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Müraciət qəbul edib.

Oxuməni.az xəbər verir ki, Parlament komissiyasının hazırladığı müraciəti deputat Nigar Arpadarai təqdim edib. “Bu möhtəşəm qələbəyə görə, cənab Prezident, Sizə sonsuz təşəkkürümüzü bildiririk”, müraciətdə deyilir. Həmçinin Azərbaycan xalqına xitabən təbriklər, xoş arzular ifadə edilir. Müraciət “Qarabağ Azərbaycandır!”şüarı ilə yekunlaşır.

Müraciət deputatların sürəkli alqışları və yekdilliklə dəstəkləməsi ilə qəbul olunub.

Oxuməni.az