Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb

12 Noyabr 2020 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 70216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17325 nəfərdir.

Ölkədə son sutka ərzində 117965, hazırkı dövrədək isə 1479638 test aparılıb.

Səttar