Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin rolu da odur

Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin rolu da odur

12 Noyabr 2020 11:45
Bəyəndim (1) Bəyənmədim (0)

Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin rolu da odur.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Rusiya ilə müzakirələrdən sonra yenidən Azərbaycanla danışılacaq:

“Biz birgə işçi qrupu ilə əsasları müəyyən edəcəyik. Mərkəzin məqsədi atəşkəsə nəzarət etməkdir. Bununla bağlı hesabatlar olacaq. Atəşkəsi pozanlara qarşı lazımi tədbirlər görüləcək. Biz bununla bağlı Rusiya ilə görüşdən sonra Azərbaycanla yenidən danışacağıq. Mərkəzin harada olması ilə bağlı təkliflərimizi də verəcəyik. Ancaq ev sahibi Azərbaycana hörmət əlaməti olaraq icazə verilən yerlərdə mərkəzlər qurulacaq”.

Çavuşoğlu Azərbaycanın zəfərinin türk dünyası üçün önəmli olduğunu bildirib:

“Biz Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik. O, gücünü bütün dünyaya göstərdi və türklərin nəyə qadir olduğunu sübut etdi. Bu, bütün dünyadakı türklərin özünə inamını artırdı”.

Həmidə