Peskov: “Sazişdə Türkiyə sülhməramlıları haqda bir kəlmə də yoxdur, status barədə də heç nə yoxdur...”

Peskov: “Sazişdə Türkiyə sülhməramlıları haqda bir kəlmə də yoxdur, status barədə də heç nə yoxdur...”

10 Noyabr 2020 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Ermənistan və Azərbaycan liderləri Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi barədə razılaşma əldə etməyiblər. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi heç kimlə razılaşdırılmayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə Rusiya ilə yanaşı Türkiyə sülhməramlı qüvvələrinin də regiona yeridiləcəyi haqda xəbərlər yayılmışdı.

“Mən bu deyilənləri aşağıdakı şəkildə şərh edə bilərəm: dərc edilmiş bəyanatın mətnində bu haqda bir kəlmə də yoxdur, bu haqda üç tərəf razılaşma əldə etməyib və türk əsgərlərinin Qarabağa daxil olması razılaşdırılmayıb”,-Peskov jurnalistlərə bildirib.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, bəyanat mətnində Dağlıq Qarabağın statusu haqda da heç nə deyilmir. “Bu məsələ barədə mövcud fəaliyyətdə olan sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edəcəklər”,-o deyib.

Mövcud sənədlər deyəndə nəyin nəzərdə tutulduğu isə dəqiqləşdirilmir.

Peskov atəşkəsə nəzarət edən monitorinq mərkəzinin yaradılmasına gəldikdə isə bildirib ki, belə mərkəz Azərbaycan ərazisində (?!) yaradılmalıdır və ayrıca razılaşmanın predmeti olacaq. “Bu, Qarabağa aid deyil”,-Peskov deyib

Oxuməni.az