Avropanın ən böyük qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Avropanın ən böyük qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

8 Noyabr 2020 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İstanbul şəhərində, Avropanın ən böyük qülləsində Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb.

Oxuməni.az xəbər verir ki, Kiçik Çamlıca Radio və Televiziya qülləsində işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

369 metrlik qüllədəki bu aksiya tarixi torpaqların işğaldan azad olunması uğrunda mübarizədə Azərbaycan xalqı ilə həmrəyliyin daha bir təzahürü olub. Azərbaycan bayrağının təsviri Türkiyə meqapolisinin bir çox nöqtələrindən görünüb.