Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib

Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib

8 Noyabr 2020 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Xındırıstan kəndini atəşə tutub.

Oxuməni.az xəbər verir ki, düşmən yenə də dinc sakinləri hədəfə alıb. Belə ki, ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Xındırıstan kənd sakini Elmaz Eyvazovun mağazasına, digəri isə kənd sakini Bəhruz Cəfərovun evinə düşüb.

Nəticədə mağazaya, evə və “BMW” markalı avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.