Döyüşlər Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib

Döyüşlər Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib

7 Noyabr 2020 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Oxuməni.az bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Həmid