Əfsanəvi Oleq Krapivin ordunun hərbi qulluqçuları üçün 10 əlil arabasını təqdim etdi

Əfsanəvi Oleq Krapivin ordunun hərbi qulluqçuları üçün 10 əlil arabasını təqdim etdi

6 Noyabr 2020 12:56
Bəyəndim (17) Bəyənmədim (0)

Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun yüksək səviyyədə təmin edilməsinə baxmayaraq, xaricdəki diaspor təşkilatları da erməni təcavüzündən zərər çəkmiş Silahlı Qüvvələrə və mülki əhaliyə mənəvi və maddi dəstək göstərirlər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Belə ki, Kiyev Azərbaycanlıları Konqresinin sədri, həmyerlimiz, məşhur iş adamı Oleq Krapivinin təşəbbüsü və yardımı ilə torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış və hospitallarda müalicə olunan Azərbaycan Ordusunun hərbçiləri üçün Dövlət Komitəsinə 10 ədəd əlil arabası göndərilib.

Emin Axund