Erməni təxribatı nəticəsində 3 mindən artıq yaşayış evi dağıdılıb

Erməni təxribatı nəticəsində 3 mindən artıq yaşayış evi dağıdılıb

6 Noyabr 2020 11:50
Bəyəndim (1) Bəyənmədim (2)

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3 064-dür.

Oxuməni.az