Karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir - Xəbərdarlıq

Karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir - Xəbərdarlıq

6 Noyabr 2020 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Demək olar ki, hər gün COVİD-19-a yoluxma sayı ilə bağlı rəqəmlər yüksəlir, rekord göstərici qeydə alınır, lakin rekordu belə sürətlə yeniləməyimiz heç də yaxşı hal deyil.

Oxuməni.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva trend-ə aşıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün 1364 nəfərdə COVİD-19-a yeni yoluxma halı aşkarlanıb. Son günlərdə müşahidə edilən tendensiyaya uyğun olaraq, ötən gün də sağalan xəstələrin sayı 768 nəfər olmaqla, yeni yoluxma sayından 2 dəfəyə yaxın az olub. Belə bir tendensiyanın davam etməsi isə onu göstərir ki, ölkədə koronavirus baxımından sanitar-epidemioloji vəziyyət nəzarətdən çıxa bilər:

“Hazırda ölkədə sanitar-epidemioloji vəziyyətə nəzarət edildiyini deyə bilərik. Ancaq yoluxma sayındakı artım belə davam edərsə, vəziyyət çətin olar. Hər kəs bu suala cavab verməyə və vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışmalıdır. Biz dəfələrlə bildirmişik ki, indi ölkəmiz üçün ən həssas dönəmdir. Vətən müharibəsinin aparıldığı indiki dönəmdə insanlar yalnız özlərini deyil, torpağımız uğrunda döyüşən əsgərlərmizi də nəzərə almalıdırlar. Yoluxma sayının belə sürətlə artması bu virusun cəbhədəki əsgərlərimizə gedib çatması riskini də çoxaldır”.

Y.Abdiyeva qeyd edib ki, virusdan qorunmaq üçün hər kəsin üzərinə düşən iş yalnız məsuliyyətli olaraq, qaydalara əməl etməkdir:

“Biz eyni zamanda qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz edəriksə, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək”.

Oxuməni.az