Xersonda yaşayan gənc soydaşlarımız Azərbaycan Ordusuna və şəhid ailələrinə yardım ediblər

Xersonda yaşayan gənc soydaşlarımız Azərbaycan Ordusuna və şəhid ailələrinə yardım ediblər

1 Noyabr 2020 13:51
Bəyəndim (17) Bəyənmədim (0)

Ermənistanın işğalçı ordusuna qarşı uğurlu hərbi əməliyyatlar apararaq qısa müddətdə düşmən tapdağında olan topraqlarımızın bir hissəsini azad edən şanlı Azərbaycan Ordusunun qazandığı uğurlar Ukraynada yaşayan soydaşlarımız arasında da böyük ruh yüksəkliyinə səbəb olub. Onlar qəhrəman ordumuza və müharibədə şəhid olanların ailələrinə həm mənəvi, həm də maddi yardımlar göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər. Ordumuza və şəhid ailələrinə dəstək məqsədi daşıyan belə tədbirlərdən biri də Ukraynanın Xerson şəhərində keçirilib. Tədbirin təşkilatçısı isə Ukraynanın Xerson şəhərindəki Cavanlar Cəmiyyəti olub. Xerson şəhər Cavanlar Cəmiyyətinin sədri Tarzan İsmayılovun Oxuməni.az-a verdiyi xəbərə görə, gənc soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə 34 min manat həcmində yardım göstərilib. Tarzan İsmayılov belə yardımların gələcəkdə də göstəriləcəyini vurğulayıb.

Emin Axund