Ermənistan dövlət sərhədində atəşkəsi pozub

Ermənistan dövlət sərhədində atəşkəsi pozub

5 Noyabr 2020 09:09
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə Oxuməni.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Oxuməni.az