Hikmət Hacıyev: Ermənistan yeni müharibə cinayətləri üçün zəmin hazırlayır

Hikmət Hacıyev: Ermənistan yeni müharibə cinayətləri üçün zəmin hazırlayır

4 Noyabr 2020 11:30
Bəyəndim (16) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur.

Oxuməni.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib: “Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri üçün zəmin hazırladıqları aşkar görünür”.