Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

4 Noyabr 2020 09:44
Bəyəndim (0) Bəyənmədim (1)

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

Oxuməni.az