Ermənilərin təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb

Ermənilərin təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb

3 Noyabr 2020 13:34
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Oxuməni.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.