“Ermənistanın hərbi resursları bir həftəyə tam bitəcək” - Cümşüd Nuriyev

“Ermənistanın hərbi resursları bir həftəyə tam bitəcək” - Cümşüd Nuriyev

3 Noyabr 12:39
236
Bəyəndim (1) Bəyənmədim (0)

Müharibə uzağı bir həftəyə bitəcək. Çünki Ermənistanın elə resursu yoxdur. Nə maddi, nə hərbi, nə iqtisadi, nə də insani resursları. Dünyada elə bir dövlət qalmayıb ki, onun zəhləsini tökməsinlər. Hamıya yalvarırlar ki, bizə kömək edin, bizi xilas edin. Məncə Bayraq Gününə qədər bayrağımız Şuşada dalğalanacaq.

Oxuməni.az xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev teleqraf.com-a verdiyi açıqlamasında deyib.

O, əlavə edib ki, müharibədən sonra Azərbaycan böyük işlər görəcək: Bildiyiniz kimi artıq Azərbaycan dövləti işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Yol çəkilir, elektrik enerjisi çəkilir. Yəni addımlar atılır. Şəxsən Qarabağda hansı işi versələr gedib işləyərəm. Lap Xankəndində. Mən ən pis vaxtlarda 3 il Xankəndində işləmişəm və oranı yaxşı tanıyıram. Cənab prezident müraciət etsə ki, işləmək üçün Qarabağa mütəxəssis lazımdır. Mən hazır. Universitetlər açılarsa dərs deyərəm. Gömrük idarəsi açılarsa orada da çalışa bilərəm. Kənd təəssərüfatı işi olsa onunla məşğul olaram. Yəni bildiyim sahələrin hər birinə girişər, Qarabağda vəziyyətin normallaşmasına xidmət edə bilərəm”.

Oxuməni.az