Azərbaycan Ordusu hücum edir: bu mövqeləri tutdu - Ovannisyan

Azərbaycan Ordusu hücum edir: bu mövqeləri tutdu - Ovannisyan

3 Noyabr 2020 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusu bu gün Xocavənd (Martuni) istiqamətində döyüşlərdə bəzi mövqeləri itirib.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan bugünkü brifinqdə deyib.

Ənənəvi leksikonuna sadiq qalan Ovannisyan bu gün səhər 7 radələrindən Azərbaycan Ordusunun Xocavənd-Ağdərə istiqamətində hücuma keçdiyini, ancaq geri otuzdurulduğunu deyib:

"Buna baxmayaraq, düşmən (Azərbaycan Ordusu nəzərdə tutulur - red.), bəzi mövqeləri ələ keçirməyə nail oldu. Hazırda döyüşlər davam edir”.

Oxuməni.az