Gürcüstan parlamentində 3 azərbaycanlı deputat təmsil olunacaq

Gürcüstan parlamentində 3 azərbaycanlı deputat təmsil olunacaq

2 Noyabr 2020 13:38
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçilib.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Mili Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.

Oxuməni.az