Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb- VİDEO

Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb- VİDEO

1 Noyabr 2020 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətidən Oxuməni.az-a bildirilib ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.Oxuməni.az həmin videonu təqdim edir:

Murad Şahməmmədov