Aydın Mirzəzadə: Bu regionda nələrin baş verdiyi Rusiya üçün əhəmiyyətsiz deyil

Aydın Mirzəzadə: Bu regionda nələrin baş verdiyi Rusiya üçün əhəmiyyətsiz deyil

1 Noyabr 2020 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya bu gün Azərbaycanın apardığı siyasətə anlayışla yanaşır və o, Ermənistanın bu vəziyyətdə atacağı addımlar üçün heç də məsuliyyət daşımaq fikrində deyil.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə trend-ə deyib.

Onun sözlərinə görə, bu regionda nələrin baş verdiyi Rusiya üçün əhəmiyyətsiz deyil:

“Ermənistanın uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlaması müttəfiqi kimi Rusiya üçün əlavə diplomatik problemlər yaradır. Bu, eyni zamanda regionunun inkişafını ciddi surətdə ləngidir. Gün kimi aydındır ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır”.

A.Mirzəzadə Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisində yerləşdirməsinin beynəlxalq qanunlara zidd olduğunu vurlayıb.

Oxuməni.az