Düşmən Tərtərə 30-a yaxın top mərmisi atıb

Düşmən Tərtərə 30-a yaxın top mərmisi atıb

31 Oktyabr 2020 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini atəşə tutub.

Oxuməni.az xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.

Oxuməni.az