Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulub

Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulub

31 Oktyabr 2020 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 31-də saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmənin atəş nöqtələrini susdurmaq üçün Ordumuz tərəfindən cavab tədbirləri həyata keçirilir.

Bu gün səhər saat 9 radələrində həmçinin Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Dağıntı və xəsarət alanlar yoxdur.

Oxuməni.az