Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Oxuməni.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Oxuməni.az