Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

30 Oktyabr 2020 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və texnikasının ordumuzun dəqiq atəş zərbələri ilə məhv edilməsinə dair növbəti görüntüləri yaymışdı.

Oxuməni.az xəbər verir ki, bununla bağlı virtualaz.org-un yazdığına görə, Rusiya mütəxəssisləri dərhal həmin görüntülərdəki bir detalı görüb heyrətə gəliblər. Məlum olub ki, Azərbaycan ordusu dünyanın ən yüksək effektivliyə malik radiolokasiya stansiyalarından birini Qarabağda məhv edib. Bu, hətta stels-təyyarələri belə aşkar etməyə imkan verən P-18 RLS-idir.

P-18 dünyada ən etibarlı RLS-lərdən biri olmaqla istənilən növ uçan aparatları onlarla kilometrdən yüzlərlə kilometr məsafəyə qədər aşkarlamağa qadirdir. O cümlədən radarlara görünməyən hədəfləri də aşkar edə bilir. RLS-ə Azərbaycan ordusunun silahlanmasında yer alan “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsindən zərbə endirildiyi təxmin edilir.

O ki qaldı Rusiyanın istehsal etdiyi və dünyanın ən qabaqcıl RLS-lərindən birinin Qarabağda düşmənin əlinə necə keçməsinə, mənbələr bu haqda susurlar...

Oxuməni.az