Qarabağda Rusiyanın axtardığı terrorçu öldürüldü

Qarabağda Rusiyanın axtardığı terrorçu öldürüldü

30 Oktyabr 2020 11:12
Bəyəndim (4) Bəyənmədim (0)

Azərbaycan ordusunun Qarabağdakı keçirdiyi əks-hücum əməliyyatları zamanı Rusiyanın Stavropol bölgəsində axtarışda olan erməni terrorçu məhv edilib.

Oxuməni.az xəbər verir ki, məhv edilən terrorçunun adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı yeni ölülər siyahısında da yer alıb.

Belə ki, məhv edilən Araik Daniyelyanın Suriyada döyüş hazırlığı keçdiyi, Livandakı döyüşlərdə iştirak etdiyi, eləcə də Pakistanda bir neçə terakta təşkilatçılıq etdiyi bəlli olub.

O, Rusiyada terrorçu qrup yaratdığı üçün axtarışa verilib.

Daniyelyan 30 sentyabrdan etibarən Qarabağdakı döyüşlərə qatılıb.

Oxuməni.az