Paşinyanın yaxın dostu, “Soros keşikçisi” məhv edildi

Paşinyanın yaxın dostu, “Soros keşikçisi” məhv edildi

30 Oktyabr 2020 10:56
Bəyəndim (5) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın dostu, həmçinin rəsmi İrəvanın "İnqilab Keşikçiləri" təşkilatının lideri Ayk Stepanyan işğal altında olan Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı zamanı məhv edilib.

Oxuməni.az xəbər verir ki, Stepanyanın adı Ermənistan Müdafiə Nazirliyinin nəşr etdiyi məhv edilmiş erməni hərbçilərinin yeni siyahısında yer alıb.

Qeyd edək ki, Ayk Stepanyan Ermənistanın hazırkı baş nazirinin qatı tərəfdarı olub. Onun sayəsində Paşinyan “məxməri inqilab” dövründə çoxminlik mitinqlər təşkil etməyi bacarıb.

Stepanyan həm də Ermənistanda Soros Fondunun ən sadiq xidmətçilərindən biri idi.

Zaur