Cəbhədə son vəziyyət: Düşmənə ağır zərbə...

Cəbhədə son vəziyyət: Düşmənə ağır zərbə...

30 Oktyabr 2020 08:29
Bəyəndim (5) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Oxuməni.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Oxuməni.az