Nazirlərin Cenevrə görüşü sabaha keçirilib

Nazirlərin Cenevrə görüşü sabaha keçirilib

29 Oktyabr 2020 15:48
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün Cenevrədə ATƏT-in Minsk Qrupunun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşü oktyabrın 30-na keçirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.

Oxuməni.az