Düşmən indiyədək 69 mülki şəxsi qətlə yetirib

Düşmən indiyədək 69 mülki şəxsi qətlə yetirib

28 Oktyabr 2020 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 338-dir.

Oxuməni.az