Düşmən tərəfindən  Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri  atəşə tutulub

Düşmən tərəfindən Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri atəşə tutulub

28 Oktyabr 2020 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Oxuməni.az-a verilən məlumat görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Oxuməni.az