“Ermənistan ordusu fürsətdən istifadə edib yenidən qruplaşır, rusiyalı təlimatçılar təlim keçir

“Ermənistan ordusu fürsətdən istifadə edib yenidən qruplaşır, rusiyalı təlimatçılar təlim keçir

27 Oktyabr 2020 18:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ordusu Qarabağda sayca beşinci rayon mərkəzini-Qubadlını götürdü və Laçına birbaşa yol açdı. Əvvəllər kiçik şəhərcik, indi isə Ermənistanın hərbi bazası olan Laçından Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas yol keçir. Laçının götürülməsi halında Azərbaycan ordusunun Şuşanı da götürməsi qaçılmaz olacaq, bu şəhər isə Stepanakertin (Xankəndi) yuxarısında yerləşir.

Oxuməni.az virtualaz.org-a istinadən yazır ki, bunları israilli siyasi analitik Solomon Mann özünün Facebook səhifəsində yazıb.

O qeyd edir ki, Azərbaycanın Ermənistan sərhədlərini pozmamasından və orada qoşun qruplaşmalarının hərəkətinə nəzarət etməməsindən istifadə edərək erməni ordusu yenidən qruplaşma həyata keçirir. “Görünən odur ki, erməni tərəfində tank “yumruğu” ilə birlikdə desant və motoatıcı qoşunlardan, artilleriyadan ibarət iri qüvvələr toplayırlar. Əldə olunan məlumata görə, rusiyalı təlimatçılar erməni qırıcı pilotlarına tələm-tələsik təlimlər keçirlər, hərçənd bu fakt deyil ki, Su-30 qırıcılarının şturvalı arxasına həmin təlimatçılar özləri oturmayacaqlar”,-Solomon Mann yazır.

Oxuməni.az