“Bərdəyə raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı var”
“Ermənistanın Azərbaycanın Bərdə rayonuna endirdiyi raket zərbəsi nəticəsində ölənlər arasında bir azyaşlı var”.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür”, - deyə H. Hacıyev qeyd edib.
Oxuməni.az
Digər xəbərlər