Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb

27 Oktyabr 2020 18:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

17:33

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.