Azərbaycan Ordusu hərbi cani, "general" Cəlal Arutyunyanı belə məhv etdi-VİDEO

Azərbaycan Ordusu hərbi cani, "general" Cəlal Arutyunyanı belə məhv etdi-VİDEO

27 Oktyabr 2020 16:58
Bəyəndim (2) Bəyənmədim (0)

Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın zərərsizləşdirilmə görüntüləri yayılıb.

Oxuməni.az xəbər verir ki, görüntüdə “nazirin” yaralandığı yox, öldüyü görünür.

Qeyd edək ki, “Dağlıq Qarabağ respublikası”nın başçısı Araik Arutyunyan “nazirin” yüngül yaralandığını bildirmişdi.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Cəlal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Cəlal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Oxuməni.az qondarma nazirin məhvi ilə bağlı videonu təqdim edir: