Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.