Günün fotosu
Günün videosu
Şərhsiz
Dmitri Solnsev II Fəxri xiyabanda dəfn olundu

Dmitri Solnsev II Fəxri xiyabanda dəfn olundu

26 Oktyabr 16:32
156
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun işğal altındakı torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçusu Dmitri Solnsev ilə vida mərasimi keçirilib.

Oxuməni.az xəbər verir ki, vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin bacısı oğlu Anar Süleymanov dayısının sentyabrda cəbhəyə könüllü yollandığını bildirib. Qeyd edib ki, D.Solnsev ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistratura pilləsini qırmızı diplomla bitirən Dmitri vətənpərvər insan idi. O, koronavirusa qarşı mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışıb.

Şəhidin bacısı Yuliya Solnseva qardaşının cəbhəyə getmək arzusu ilə yaşadığını vurğulayıb, onunla fəxr etdiklərini deyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri Lalə Bəkirova çıxışında bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib. Bildirib ki, şəhidlərimiz doğma torpağın azadlığı uğrunda canlarını fəda ediblər. Bizim borcumuz onların xatirəsini ehtiramla yad etməkdir. Ağır dərddir, lakin hər dəfə Prezident İlham Əliyevin xalqla bəyan etdiyi qələbə xəbərləri ürəyimizə su səpir. Şəhidlərimizin qanının yerdə qalmamağı bizi təsəlli edir.

Mərasimdən sonra Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsevin nəşi Bakıdakı Rus-Pravoslav Kilsəsinə gətirilib və burada dini ayinlər icra olunub.

Şəhid Dmitri Solnsev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Oxuməni.az