DİN vətəndaşları erməni terroru təhlükəsinə qarşı ayıq-sayıq olmağa çağırdı

DİN vətəndaşları erməni terroru təhlükəsinə qarşı ayıq-sayıq olmağa çağırdı

23 Oktyabr 2020 10:56
Bəyəndim (2) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Oxuməni.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib:

"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!"

Oxuməni.az