Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

23 Oktyabr 10:33
237
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Oxuməni.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Oxuməni.az