Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020 14:10
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirilən raketlərin qalıqları Xəzər dənizinə düşüb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Oxuməni.az