İrəvanda meyitlərə görə Qarabağda ekoloji fəlakət baş verdiyini bildiriblər

İrəvanda meyitlərə görə Qarabağda ekoloji fəlakət baş verdiyini bildiriblər

22 Oktyabr 2020 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ətraf Mühit Nazirliyi Dağlıq Qarabağda münaqişə zonasında həlak olanların meyitlərinə görə ekoloji fəlakət riskinə dair beynəlxalq təşkilatlara xəbərdarlıq edib.

Oxuməni.az rbc-ya istinadən xəbər verir ki, döyüşlərdə həlak olmuş insanlara görə Dağlıq Qarabağda humanitar və ekoloji fəlakət təhlükəsi var. Bu barədə Ermənistan Ətraf Mühit Nazirliyi məlumat verib, məlumatı qurumun saytında dərc edib.

"Meyitlərlə mübarizə sahəsində vəziyyət nəzarətdən çıxır. Döyüş əməliyyatları zonasında müxtəlif yerlərdə quraşdırılmış videokameralara artıq vəhşi heyvanların meyitlərlə qidalandığı görüntülər düşüb", - deyə nazirliyin məlumatında bildirilir.

"Nəzərə alsaq ki, qurbanların sayı minlərlədir, çoxlu sayda meyit isə su anbarlarının yanında və onların boyu səpələnib, bu humanitar fəlakətin davam etdirilməsi insanların səhhətində ciddi problemlərə gətirib çıxaracaq və ətraf mühitə ziyan vuracaq", — deyə məlumatda bildirilir.

İlk növbədə təhlükə yoluxucu xəstəliklərin yayılması, həmçinin təhlükəli patogenlərin heyvanlar vasitəsilə yayılması və onların su obyektlərinə yoluxması ilə bağlıdır.

Emin Axund