Düşmən ordusunun daha 4 zabiti məhv edilib

Düşmən ordusunun daha 4 zabiti məhv edilib

21 Oktyabr 2020 12:13
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.

Oxuməni.az xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.

Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.

Oxuməni.az