Ermənilər Tərtər pambıq zavodunu vurdu

Ermənilər Tərtər pambıq zavodunu vurdu

19 Oktyabr 2020 16:27
Bəyəndim (1) Bəyənmədim (0)

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oxuməni.az-ın veridiyi xəbərə görə, bu gün günorta saatlarında düşmən Tərtərin Qaraqoyunlu kəndi ərazisində yerləşən pambıq zavodunu atəşə tutub.

Nəticədə zavodda güclü yanğın başlayıb. Hal-hazırda yanğın davam edir və bu barədə əlavə məlumat veriləcək.

Oxuməni.az