Ermənistan yenə sərsəm təkliflə çıxış edib.

Ermənistan yenə sərsəm təkliflə çıxış edib.

19 Oktyabr 11:48
168
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağdakı döyüşlərdə böyük itkilərə məruz qalan Ermənistan yenə sərsəm təkliflə çıxış edib.

Oxuməni.az xəbər verir ki, bu dəfə sərsəm təklifi İşıqlı Ermənistan Partiyasının sədri Edmond Marukyan səsləndirib. O, bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclasın keçiriləcəyini və iclasda Qarabağın uçuşa qadağan olunan zona elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsini təklif edib. Marukyan bu təklifin ABŞ, Fransa və Rusiya tərəfindən dəstəklənməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Qarabağda əks-hücum əməliyyatları başladıqdan sonra Ermənistan səmaya nəzarəti tam itirib. Buna səbəb Azərbaycanın istifadə etdiyi dronlardır. Bunun sayəsində İrəvanın hava hücumundan müdafiə sisteminin əsas onurğasını təşkil edən iki S-300 kompleksi məhv edilib.

Oxuməni.az