Müdafiə Nazirliyi əhalini diqqətli olmağa çağırır

Müdafiə Nazirliyi əhalini diqqətli olmağa çağırır

19 Oktyabr 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Oxuməni.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - MN-dən bildirilib.

Oxuməni.az