Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

18 Oktyabr 2020 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Oxuməni.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub.

"Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir", - deyə nazirlikdən bildirilib.

Oxuməni.az