Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"

Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"

17 Oktyabr 2020 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli şəhəri və Füzuli rayonunun daha bir neçə kəndi işğaldan azad olunub.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk”.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib ki, Gəncəyə yenidən raket hücumu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir: "Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır. Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır. 2 000-dən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulub. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”.